Tarkan Bakı konsertindən sərvət qazanacaq - ŞOK RƏQƏM

Tarkan Bakı konsertindən sərvət qazanacaq - ŞOK RƏQƏM

24 Aprel 2017 11:52
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin megastarı Tarkanın Bakıda Formula 1 Qrand-Prix yarışları çərçivəsində verəcəyi konsertdən əldə edəcəyi gəlir məlum olub.

Tarkanın konsert üçün 500 min dollara anlaşdığı açıqlanıb.

Qeyd edək ki, konsert xəbərini ötən gün instagram hesabından elan edən müğənni "həyəcanlı" olduğunu ifadə etmişdi.

Xatırladaq ki, Tarkandan daha əvvəl Bakı Formula 1 yarışlarının açılış mərasiminə Enrique İglesias, Chris Brown və Pharrell Williams kimi məşhurlar dəvət edilmişdilər. ("Qafqazinfo")

Mediainfo.az