
Parıldayan ulduzlarımız eyni klipdə görünəcək
Aygün, Zülfiyyə və Brilyant trio olacaqlar
Əldə etdiyimiz məlumata görə, yaxın gələcəkdə şou-biznesimizin nəhənglərini bir arada görmə imkanına malik olacağıq. Belə ki, Aygün Kazımova, Brilyant Dadaşova və Zülfiyyə Xanbabayeva trio oxuyacaqlar. Üstəlik, bu trionun klipi də çəkiləcək. Çox güman ki, mahnının video versiyasında ulduzlar yeni simada, yeni imicdə görünəcəklər. Bizə isə bu yerdə onlara uğurlar diləmək və klipin yayımlanması gününü gözləmək qalır.
Günel Həbib
O.M.
Digər xəbərlər