Müğənni Nazənin veriliş aparacaq

Müğənni Nazənin veriliş aparacaq

15 Mart 2017 15:01
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni Nazənin "Lider" telekanalında aparıcılığa başlayır.

Bu barədə ifaçının prodüseri Pərviz Fəqan məlumat verib.

O bildirib ki, müğənni həftənin bazar günləri "Dostlar bizi unutmayın" adlı verilişlə tamaşaçıların qonağı olacaq:

"Nazənin xanım xeyli vaxt idi ki, bu layihə üzərində çalışırdı. Çox fərqli bir veriliş olacaq. İlk buraxılışı bu bazar saat 21:00-da olacaq. Verilişin qonaqlarını indidən açıqlamaq istəmirik, baxarsınız, görərsiniz".

Şəlalə Nəriman