Günay Mehdiyeva "Ceyran" mahnısını oxudu- VİDEO
Gənc xanəndə Günay Mehdiyeva aşıq musiqisinə müraciət edib. Belə ki, xanəndə yaradıcılığında aşıq mahnısını yer verərək sözləri Aşıq Ələsgərin, musiqisi Aşıq Cəlaloğluna aid "Ceyran" mahnısını ifa edib.
G.Mehdiyeva Mediainfo.az-a açıqlamasında aşıq musiqisini ifa edə bilməməyindən qorxduğunu desə də, ifası dediklərini təkzib edir. Xanəndə özü də bu mahnını sevdiyini deyir: "Tez-tez bu mahnını zümzümə edirdim. Bir də onda hiss etdim ki, mən bu mahnını tam mənimsəmişəm. Ümid edirəm ki, dinləyənlər də bəyənəcək".
Əlavə edək ki, heyrətamiz səsə malik olan Günay Musayeva Zəngilan rayonundan qaçqın düşmüş ailədə böyüyüb.
Hazırladı: Könül AYPARA
Digər xəbərlər














































.jpg)
















































