Aşıq Namiqin "Köklə sazı" yarışmasında qaliblər rüşvətlə seçilir - 10 MİN AZN !
Azərbaycan telekanallarında müxtəlif səpkidə musiqi yarışmaları keçirilib və hazırda da davam etməkdədir. Necə-necə "Yeni ulduz"lar, "Azəristar"lar, "O səs Azərbaycan"çılar, muğamçılar və s. yarışma iştirakçıları öz istedadlarını tamaşaçılara nümayiş etdiriblər. Ələkdən ələnənlər də olub, səsi olub geriləyənləri də. Səsi olub irəliləyənlər də olub, "sponsor" hesabına öz aləmlərində "qabağa gedənlər" də, "Day-day" tərəfindən öz pilləsindən yuxarı atılanlar da. Nə gizlədək? Hətta yarışmalarda azərbaycansayağı qalib gələnlər də var. Yəni rüşvətlə birinciliyi əldə edənləri nəzərdə tuturuq.
Bunu bəz təşkilatçılara deyəndə az qala əjdaha tək od püskürürlər: "Elə şey həyatı boyu baş verməib" və ya "Bizi başqaları ilə səhv salmayın"
Hətta "Bizim yarışmanın başlıca məqsədi Azərbaycandakı istedadlı gəncləri tapıb üzə çıxarmaqdır, biz bu millət üçün işləyirik, canımızı qoyuruq" – deyibən yarışma bitər-bitməz ucuzlu avtomobilini qiymətli "JEEP"lə dəyişənləri də görmüşük "Novastroyka"dan mənzil alanları da.
İndi söhbət açacağımız əsas məsələ "Lider" TV-də yayımlanan "Köklə sazı" verilişindən gedir. Təşkilatçı aşıq Namiq Fəhdoğlunun bu verilişi əvvəllər Dünya TV-də yayımlanıb. Qaliblərdən biri Aytac Bərdəli olub. Aşıq Namiq demişkən: "SMS vurmayıb, gəlib oturub yeyib-içib, çıxıb gedib".
Çox güman ki, A.Bərdəli də təşkilatçının qoyduğu xüsusi "şərtlər"i əsasında birinciliyi əldə edə bilib. 10 min manat pul, əvəzində avtomobil!
Onu da xüsusi vurğulayaq ki, "şərtlər" heç də dəyişilməyib. Əgər "Köklə sazı" verilişində iştirak etmək istəyirsənsə, ilkin ödənişi etməlisən. (Dollar qalxmamışdan əvvəl 300 azn idi – red.) Yox, əgər iddialısansa, birinci olmaq istəyirsənsə, hə, bu məqamda əlini cibinin dərinliyinə salmalısan: 10 MİN AZN!
Yox, əgər könlündən Namiq Fərhadoğlunun sözü olmasın, mədəniyyət nazirinin avtomobilindən keçirsə… bu zaman daha "bərk getməlisən". Daha doğrusu, əlini var gücünlə cibinə dürtməlisən.
Bax belə, əziz OXUcular, buna sübut olaraq Namiq Fərhadoğlunun bir aşıqla telefon danışığının sosial şəbəkələrdə yayılması oldu. Belə ki, N.Fərhadoğlu açıq-aşkar bir aşıqdan verilişdə iştirakı üçün 300 manat, birinciliyi əldə etmək üçün isə 10.000 manat istəyib. Bu səsyazma da dolayısı yollarla sosial şəbəkələrdə paylaşılıb.
Ruslar demişkən, "tak cto" bu kimi rüşvətxorluqla nəticələnən verilişləri izləyib vaxtınızı boş yerə xərcləməkdənsə, daha faydalı işlərlə məşğul olmağınız məsləhətdir.
Namiq Fərhadoğluna isə "biznesində" "uğurlar"
P.S. Yaddan çıxmamış Aşıq Namiq Fərhadoğlunun bu verilişi hansı "çətin" yollarla ərsəyə gətirdiyini xatırlatmaq yerinə düşərdi:
"Mən hər şeyi aşıq sənəti üçün edirəm. "Köklə sazı" layihəsinin öncəki buraxılışlarında da qalibə avtomobil hədiyyə olunub. Layihəni sponsor olmadan, öz gücümə edirəm. El şənliklərindən qazandığım pulu layihələrə sərf edirəm. İstəyirəm ki, aşıq sənəti inkişaf etsin. Müsabiqə bu dəfə də obyektiv şəkildə baş tutdu, tamaşaçıların səs verməsi nəticəsində qalib seçildi. Mənim ən böyük amalım gənclərdə aşıq sənətinə maraq yaratmaq, bu sənəti yaşatmaqdır. Heç bir aşıq sənətimizi yaşatmaq üçün mənim qədər zəhmət çəkməyib. Hər kəsə məlumdur ki, az sayda aşıq sənətini doğru təbliğ edir, yaşadır. Mən də çalışıram ki, gənclərimizdə həvəs yaransın. Heç bir telekanal aşıqlarla bağlı layihəyə 2 saat vaxt ayırmır. Biz xalqımıza öz istedadlılarını tanıdırıq. Zaman keçdikcə görürəm ki, insanlar daha çox layihəyə diqqət ayırır, müsabiqədə iştirak etmək üçün can atırlar. Ona görə xeyli miqdarda maliyyə sərf edərək layihə həyata keçirirəm. Yeri gəlmişkən deyim ki, "Sarıtel" adlı saz evi açmışam. Hər bir gənc gəlib orada aşıq sənətinin incəliklərini öyrənə bilər".
Hazırldı: Könül AYPARA













































.jpg)
.jpg)






.jpg)






















.jpg)


















