Rahidə Baxışova "kül olmasından" danışdı: "Bu il mənim ilim olacaq" - VİDEO

Rahidə Baxışova "kül olmasından" danışdı: "Bu il mənim ilim olacaq" - VİDEO

25 Yanvar 2017 11:00
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanlı müğənni Rahidə Baxışova yaradıcılığında yenilik edib.

Mediainfo.az-a açıqlama verən ifaçı bildirib ki, söz və musiqisi bəstəkar-müğənni Zülfi Bədəlova, aranjemanı Elvin Musayevə məxsus "Kül oldum" adlı bəstəni oxuyub:

- Heç kimə sirr deyil ki, uzun illər sənətdən ayrı düşmüşdüm. Yenidən sənətə qayıtdığım zaman bir çox bəstəkar dostlarım mənə dəstək oldular. Yeni mahnılar mənə təklif etdilər. Onlardan birini də bu gün təqdim edirəm. Düşünürəm ki, 2017-ci ildə təqdim etdiyim ilk mahnı mənə düşərli olacaq. Məhz bu bəstə üçün fotosessiya da etdirdim. Hər zaman qalmaqaldan, söz-söhbətdən uzaq öz sənətimi təqdim etmişəm. Bundan sonra da belə olacaq. Bu il mənim ilim olacaq. Çünki sürpriz bir layihə üzərində işləyirəm".

Şəlalə Nəriman