Pişik Günel doğma nənəsinin yasına niyə getmədi?!

Pişik Günel doğma nənəsinin yasına niyə getmədi?!

23 Yanvar 2017 13:24
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənni uzun illərdir xalası və digər qohumları ilə küsülüdür

Yanvar ayının 10-da tanınmış jurnalist, "Ziya" informasiya saytının baş redaktoru Zümrüd Güləliqızının anası Sahibova Gülbikə İmaməli qızı dünyasını dəyişmişdir. Hüzrün birinci həftəsi mən də digər jurnalist həmkarlarımla birlikdə Maştağada keçirilən ilk cümə axşamında iştirak etdim. Əldə etdiyimiz məlumata görə, mərhuma "pişik Günel" ləqəbi ilə tanınan müğənni Ələkbərova Günel Əli qızının nənəsi imiş. Lakin nə Günelin özünün, nə anasının, nə də həmkar dostlarının bu mərasimdə iştirak etmədiyini görüb, bu haqda müğənninin doğma xalası Zümrüd Güləliqızından məlumat əldə etməyə çalışdım.

Zümrüd Güləliqızı bildirdi ki, mən onunla (qeyd: Günellə) küsülüyəm, danışmıram. Ancaq ailəmizin bu ağır itkisi küsülülüyə baxmır. Mənim anam olduğu kimi, onun da nənəsi və anasının-anasıdır.

İsa Rəvan