Nizami Kino Mərkəzində "Üç badam, bir qoz" və daha 2 filmin nümayişi başlandı
Nizami Kino Mərkəzi ABŞ-ın "La-La Lend" və "Gecənin qanunu" filmləri ilə yanaşı milli "Üç badam bir qoz " filminin nümayişinə başlayıb.
Müzikl, dram, melodram və komediya janrında çəkilmiş "La-La Lend" filminin rejissoru və ssenari müəllifi Demyen Şazelldir. Yaş həddi: 14+
Film yeni parlayan ulduz, səs dinləmələri arasında tanınmış kinoulduzlara qəhvə paylayan qızın və əhəmiyyətsiz barlarda pul qazanmağa məcbur olan fanatık caz ifaçısının eşqindən bəhs edir. Getdikcə qazanılan şöhrət cütlüyün münasibətlərini pozmağa başlayır.
Filmdə rolları Rayan Qoslinq, Emma Stoun, Con Ledjend, C. K. Simmons, Rozmari DeUitt, Finn Uittrok, Kalli Ernandes, Sonoya Midzuno, Cessika Rot, Tom Everett Skott və digər aktyorlar canlandırıblar.
"Gecənin qanunu" filminin ssenari müəllifi və rejissoru Ben Afflekdir. Ekran əsəri kriminal və dram janrındadır. Yaş həddi:14+
Hadisələr Amerikada qadagalar olan dövrdə baş verir. Butlegerliylə pul qazanan filmin baş qəhrəmanı nəticədə kriminal dünyaya cəlb olunur...
Rollarda Ben Afflek, El Fanninq, Remo Cirone, Brendan Qlison, Robert Qlenister, Metyu Mexer, Kris Messina, Sienna Miller, Migel Zoi Soldana və digər aktyorlar çəkilib.
Həmçinin, şənbə günündən etibarən "Üç badam bir qoz" milli komediyasının nümayışı başlayır. Filmin rejissoru Rəfayel Bağıroğludur.
Film dörd qardaşın başına gələn məcaralardan bəhs edir.
Baş rollarda Mənsur Şərif, Altun Mətləboğlu, Rəsul Abbasov, Sabir Samiroğlu və Şəhriyar Əbilov çəkilib.
Əziz kinosevərlər filmlər və kinomərkəzdə keçiriləcək tədbirlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən də öyrənə bilərsiz. (https://www.facebook.com/NizamiCinema?rf=hl)
Hazırladı: Könül AYPARA













































.jpg)
.jpg)






.jpg)






















.jpg)


















