Xatun stilist Balaşa təşəkkür etdi: "Ölümüm sənin qabağında olsun"

Xatun stilist Balaşa təşəkkür etdi: "Ölümüm sənin qabağında olsun"

11 Yanvar 2017 12:50
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni Xatun Əliyeva sosial şəbəkədə qardaşı stilist Balaşa təşəkkürnamə ünvanlayıb:

"Hər şeyə görə göydə Allaha, yerdə sənə borcluyam. Heç kim məni fərq etmiyəndə sən mənim istedadıma inandın. Mənə həm mənəvi, həm də maddi dəstək olub bu yerlərə gətirdin. Ona görə alnı açığam. Heç kim deyə bilməz ki, Xatunu mən adam etdim, maşın, ev aldım. Dünya malına görə, tanınmağa görə nə heç kəsin evini dağıtdım, nə də heç kimin köləsi oldum. Allah səni mənə ailəmizə çox görməsin . Bu günümüzə min şükür. Ölümüm sənin, oğlum Adilin qabağında olsun. Ürək param Balaş. Haqqını halal et".

Şəlalə