Rahidə Baxışova Səidə Sultanla bərabər Fransaya gedib - FOTO

Rahidə Baxışova Səidə Sultanla bərabər Fransaya gedib - FOTO

27 Dekabr 2016 10:59
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni Rahidə Baxışova həmkarı Səidə Sultanla birgə Fransaya yola düşüb.

Mediainfo.az-a açıqlama verən R.Baxışova bildirib ki, o Parisdən sonra İtaliyanın Milan şəhərinə yola düşəcək: "Həmkarım Səidə ilə Parisdəyik. Hələ burada bir neçə gün qalmağı düşünürük. Yeni ildən sonra yaradıcılığımda bir çox yeniliklər olacaq. Yola salmağa hazırlaşdığımız 2016-cı ildə uğurlarım çox olsa da, çox pis itkilərim də oldu. Artıq yeni ildən daha da böyük layihə ilə sevənlərimin qarşısına çıxacam. Yeni mahnılar ifa etmişəm, onları da yeni ildə dinləyicilərin ixtiyarına verəcəm. Bundan başqa tam fərqli bir fotosessiya da etdirmişəm".

Şəlalə