Hollivudun tanınmış siması vəfat edib

Hollivudun tanınmış siması vəfat edib

19 Dekabr 2016 08:10
Bəyəndim (0) Bəyənmədim (0)

Hollivudun tanınmış kino aktrisası Ja Ja Qabor 99 yaşında Kaliforniya ştatında dünyasını dəyişib.

Macar əsilli aktrisanın ölümünə səbəb ürək tutması olub. Halı pisləşən Ja Ja Qabor xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

2017-ci ilin fevralında Hollivud ulduzunun 100 yaşı tamam olacaqdı. 1936-cı ildə Ja Ja Qabor "Miss Macarıstan" müsabiqəsinin qalibi seçilib, 1958-ci ildə ABŞ kinematoqrafçılarının "Qızıl qlobus" mükafatına layiq görülüb. Ja Ja Qabor "Mulen Ruj" və "Üç sevgi hekayəsi" kimi məşhur filmlərdə çəkilib.

Mediainfo.az