Mövsüm açıldı, Beren Saat da açıldı
Aktrisa hər gün mediaya yeni xəbər olur
"Fatmagülün suçu ne?" filminin yeni sezonu açılar-açılmaz baş rol ifaçısının da gecə həyatı açıldı. Yay boyunca demək olar ki, heç yerdə heç kimlə görüntülənməyən Beren Saat yeni mövsümdən etibarən sanki aktivləşdi. Onu demək olar ki, hər gün hər məkanda görmək mümkündür. Həmkarları ilə birlikdə əylənməyi sevən aktrisa bu dəfə də serialın "yengesi" ilə yaxalandı. Jurnalistlərin sual hücumuna məruz qalan ünlü açılan sinəsini bağlamaq üçün dəridən-qabıqdan çıxdı, amma artıq fləşlər partlamışdı...
Günel Həbib
O.M.
Digər xəbərlər