Əmrah 2 yaşlı oğlu ilə - FOTO

Əmrah 2 yaşlı oğlu ilə - FOTO

2 Noyabr 2016 10:14
Bəyəndim (0) Bəyənmədim (0)

2014-cü ildə Sibel Kirerlə evlənən və eyni ildə Elyesa adlı oğulları dünyaya gələn müğənni Əmrah "Esquire" jurnalına müsahibə verib.

Əmrah 2 yaşlı oğlu ilə kamera qarşısına keçərək kiçik yaşlarda qazandığı şöhrət və oğluyla bağlı özəl açıqlamalar verib.

"Oğlum gələcəkdə "Ata, sən niyə uşaq yaşlarında məşhur olmağı seçdin?" deyə soruşarsa, ona necə cavab verəcəyimi bilmirəm. Mən populyar olduğuma görə şikayət etmirəm. O vaxtlar məşhur olmağı özüm seçmədim, bəzi hadisələr özlüyündən baş verdi. Elyesaya 14-20 yaşlarında yaşadıqlarımı danışmaq istəyirəm. Əminəm, çox sual soruşacaq, mən də bunlara cavab verə bilməyəcəyim üçün çox çətinlik çəkəcəyəm.

Bəzi insanlar "Velosipedim olmadı, uşaqlığımı yaşamadım" deyirlər. Bunu hər kəs üçün deyə bilmərəm, amma mən həqiqətən də uşaqlığımı yaşaya bilmədim. Gerçək olan hər şey göz önündədir, həyatım gözlərinizin önündəydi və siz mənim nələr yaşadığımı çox yaxşı bilirsiniz", - deyə Əmrah bildirib. ("Qafqazinfo")

Mediainfo.az