Mehriban Xanlarovadan ŞOK etiraf: "Aysel bacımın qızıdır" - FOTO
Əməkdar artist Mehriban Xanlarova şəxsi həyatı barədə danışıb. Aktrisa bildirib ki, o bioloji olaraq ana olmayıb: "İlk dəfə şəxsi həyatımla bağlı sirrimi xalqımla bölüşürəm. Bütün Azərbaycan xalqı bilir ki, mənim bir qız övladım var. Aysel mənim rəhmətlik bacım Sevda Xanlarovanın yadigarıdı. Hər kəs mənə sual verir ki, Mehriban xanım niyə bu sirri açdız? Sadəcə istədim sağıykən insanlar bunu məndən eşitsin. Dünyanın işini bilmək olmaz. Bu gün varıq, sabah yoxuq.
İstəmirəm mən dünyamı dəyişəndən sonra haqqımda artıq-əskik danışsınlar. Mən bu sirri açmaqdan utanmıram, nədə heç kimdən çəkinmirəm.
Bunuda nəzərinizə çatdırmaq istəyirəm ki, Ayselə münasibətimiz əladı. Gələcək aylarda dördüncü nəvəm dünyaya gələcək.
Bu barədə jurnalistlər məndən müsahibə almaq istəyirlər. Mənə, menecerimə zəng vururlar, amma mən hələ ki, müsahibə vermək istəmirəm. Səhhətimdə problemlər var. Bir az istirahət etmək istəyirəm". (lent)
Mediainfo.az









































































.jpg)
.jpg)
.jpg)


















