Aygün Kazımova erməni bayrağını öpən stilistdən küsüb

Aygün Kazımova erməni bayrağını öpən stilistdən küsüb

14 Oktyabr 2016 13:10
Bəyəndim (0) Bəyənmədim (0)

Xalq artisti Aygün Kazımova stilist Aslan Əhmədovdan küsüb.

Müğənni "5-ci element" verilişində aparıcı Hüsniyyə Məhərrəmovanın "Bu yaxınlarda Aslan Rusiyanın "Qolos" yarışmasında çıxış etdi" sözlərinə belə münasibət bildirib:

"Onun bu hərəkətinə heç təəccüblənmədim. Aslandan küsmüşəm, qəlbim sınıb. Bu yaxınlarda Bakıda oldu, üzə də çıxmadım. "Avroviziya" vaxtı səhv addım atdı. Azərbaycanlı ola-ola, erməniləri geyindirmişdi. Səhnə arxasında olan otaqda kamera çəkəndə Ermənistan bayrağını öpmüşdü. Onu həyatımdan sildim".

Mediainfo.az