Afaq Aslan türk müğənnisini Bakıya gətirir - FOTO - VİDEO
Türkiyənin tanınmış müğənnilərindən olan Bayhan Gürhan Azərbaycana gələcək. Bu barədə Mediainfo.az-a azərbaycanlı müğənni Afaq Aslan deyib. O, bildirib ki, türkiyəli həmkarı ilə Bakıda səhnə alacaq:
"Xatırlayırsınızsa, bir müddət öncə açıqlamamda söyləmişdim ki, Türkiyədə layihə üzərində çalışıram. Bu işlərin bəhrsəni yaxın müddətdə görəcəyəm. Bütün bu layihələrin içində konsertlər də nəzərdə tutulub. Türkiyədə olanda Bayhanla danışdıq, Bakıda konsert vermək barədə danışdıq. Müsbət razılıq əldə olundu. Gecədə 10 nəfərlik canlı orkestr ilə səhnəyə çıxacaq. Bundan başqa yeni mahnılar və fotosessiya üzərində çalışıram. Əminliklə deyə bilərəm ki, Azərbaycanda heç bir müğənni belə bir cəsarətli fotosessiya həyata keçirməyib. Bunu mən edəcəm. Gözləməyə dəyər".
P.S. Xatırladaq ki, Bayhan illər öncə Türkiyədə keçirilən mahnı yarışmasının yaddaqalan iştirakçısıdır. Onun münsiflər heyətinin üzvü olan Deniz Seki ilə qalmalalı düşmüşdü. Belə ki. Deniz məhkumluq yaşadığına görə Bayhanı yarışdan kənarlaşdırmaq istəmişdi. Çox keçməmiş özü də məhkum olmuşdu. Beləcə, Bayhan Denizlə görüşmək üçün həbsxanaya getmişdi.
Şəlalə Nəriman
















































.jpg)
.jpg)






.jpg)






















.jpg)















