Müğənni Məhərrəmlik ayına qarşı çıxdı - ŞOK!

Müğənni Məhərrəmlik ayına qarşı çıxdı - ŞOK!

7 Oktyabr 2016 13:04
Bəyəndim (0) Bəyənmədim (0)
Vüqar Muradov: "Ölkə əhalisinin 70 faizi işsiz qalmalıdır?”

"Axı biz niyə şəriət qanunları ilə yaşamalıyıq? Niyə ərəbin və farsın yasını tutmalıyıq? Niyə öz türklüyümüzü yaşamamılıyıq, 2 ay yas saxlamalıyıq?"

Bu sözləri müğənni Vüqar Muradov yazıb.

İfaçı Məhərrəmlik ayında 40 gün yas saxlanılmasına, toyların olmamasına qarşı çıxıb:

"Söhbət Qurandan gedirsə, orada yas saxlamaq yoxdur. Niyə insanlar özlərini müsəlman adlandırırlar? Yas saxlamalı olsa, mən Babək Xürrəmimə, 20 yanvar, Qarabağ şəhidlərimə yas saxlayaram. Bu hansı qanunda var?

Deyirlər, Vüqar danışma, tanınan adamsan, sənə qarşı antipatiya, nifrət olacaq, toyların azalacaq… Niyə 2 ay ofisiant, gül satan, xadimə, yemək bişirən, pomidor-xiyar, paltar satan, müğənni, musiqiçi, ölkə əhalisinin 70 faizi işsiz qalmalıdır?"(visiontv.az)

Mediainfo.az