Tağı Əhmədovla Mətanət İsgəndərli işində şok təzadlar
Müğənni Mətanət İsgəndərli ilə bağlı ittihamlar araşdırılmır; Onun MTN generalı Akif Çovdarovun agenti olması haqda səslənən iddialara görə nə məhkəməyə çağırılır, nə ifadəsi alınır...
Metronun keçmiş rəisi Tağı Əhmədovun isə Çovdarova 3 milyon verməsi ilə bağlı adı cinayət işində zərər çəkən kimi tanınıb. Müğənniyə qarşı sabiq rektor Elşad Abdullayevin dedikləri istintaq üçün predmetə çevrilməyib.
Bu təzadın səbəbi kimi Mətanətin mühafizə olunduğu iddia edilir. Deyilənə görə, sənətçi barədə dosye hazır olsa da, hər hansı istintaq zərurət olmayıb.
Elşad Abdullayevin qardaşı Mahirin qətlində adı keçən Mətanət Çovdarovun agenti olmaqda suçlanır.
Halbuki, bu detal istintaq tərəfindən araşdırıla bilərdi. Eyni zamanda Mətanət generalın məhkəməsində şahid kimi ifadə verməliydi. Lakin bunların heç biri baş verməyib.
Tağı Əhmədovun isə istintaq ifadəsinin detalları da yayımlanıb, məhkəməyə çıxarılıb.
Sabiq rektor həmçinin bildirib ki, məlum cinayətin şahidləri müğənni Mətanət İsgəndərlinin ailə üzvləri, bacısı Təranə, dayısı oğlu-sürücüsü Teymur və onun anası, bacısı, prodüseri Ələddin və bu günə qədər mediada ictimailəşdirilən şəxslərdir.
Politika.Az xəbər verir ki, bu şəxslər də istintaq çağırıla və ifadələri alına bilərdi. Abdullayev qeyd edib ki, Mətanət İsgəndərli həmişə MTN-in birinci müavini KQB generalı Hilal Əsədovun agenti olub, onunla iş birliyində olub.
Hilal Əsədov da Mətanəti bu günə qədər həbslərdən qoruyub. Görünür, bu faktor rol oynayır və sənətçi mühafizə edilir.
Onu da qeyd edək ki, metronun sabiq rəisinin pulu Çovdarova mətbuatda yazıldığı kimi hansısa mənzildə yox, MTN-nin binasının qarşısında, 20 saylı məktəbin yaxınlığında verilib. Pulu çantada Tağı Əhmədovun oğlu Ruslan və qardaşı oğlu Əli aparıb orada onları "Land Rover"də gözləyən Akif Çovdarova veriblər.
Yeri gəlmişkən, Tağı Əhmədov əvvəlcə pulu vermək istəmədiyinə görə, onun qardaşı oğlu Şövqi Əhmədov və qohumu Elşən Tağıyevi MTN-ə aparıb döyüblər.
Tağı Əhmədovu pulu verməyə vadar edən səbəblərdən biri də bu olub. Göründüyü kimi, iki tanınmış adamın işində təzadlar var. (politika.az)
Bütün tərəfləri dinləməyə hazırıq.
Mediainfo.az

















































.jpg)
.jpg)






.jpg)






















.jpg)














