Parisdə polis formasında olan 2 silahlı şəxs Kim Kardaşyanı qarət etdi
Parisdə dünya şöhrətli televiziya ulduzu silahlı şəxslərin hücumuna məruz qalıb. CNN-in Kim Kardaşyanın mətbuat katibinə istinadən yaydığı xəbərə görə, polis formasında olan 2 maskalı silahlı şəxs Kardaşyanın qaldığı hotelə daxil olub. Hadisə zamanı amerikalı ulduz hamamda gizlənərək üzə çıxmayıb. Fransa daxili işlər nazirliyindən CNN-ə verilən məlumatda bildirilir ki, qarətçilər iki mobil telefon və dəyəri milyonlarla dollar olan zinət əşyalarını götürərək hadisə yerindən uzaqlaşıblar. Həmin vaxt ulduzun çoxsaylı qohumlarının və iki oğlunun harada olduğu barədə məlumat verilmir.
Qeyd edək ki, Kim Kardaşyan Fransa paytaxtına "Paris Fashion Week" moda festivalında iştirak etmək üçün gəlib. Onun həyat yoldaşı reper Kanye hadisədən xəbər tutan kimi Nyu-Yorkdakı konsertini yarımçıq qoyaraq Parisə yollanıb.
Mediainfo.az

















































.jpg)
.jpg)






.jpg)






















.jpg)














