Şəbnəm Tovuzlu ETİRAF etdi: "Ana olacağam!"

Şəbnəm Tovuzlu ETİRAF etdi: "Ana olacağam!"

30 Sentyabr 2016 15:43
Bəyəndim (0) Bəyənmədim (0)
Müğənni haqqında yayılan xəbərlərlə bağlı ilk dəfə açıqlama verdi!

Son zamanlar ailə dağıtmaqda ittiham olunan müğənni Şəbnəm Tovuzlu nəhayət ki, etirafda "bulundu". Belə ki, haqqında gəzən söz-söhbətlərə birdəfəlik son qoymaq istədiyini söyləyən müğənni ilk öncə jurnalistlərə səsləndi:

- Çox sevdiyim "Oxu Məni" qəzeti və sizin internet saytınız olan Mediainfo.az vasitəsilə haqqımda danışan bütün jurnalistlərə bildirmək istəyirəm ki, mənim şəxsi həyatımla deyil, yaradıcılığımla maraqlansınlar. Axı kimin nəyinə lazımdır ki, nə edirəm, kiminlə ailə qurmuşam və s. Ərimin şəxsi işləri ilə niyə maraqlanırlar, başa düşə bilmirəm. Mənə və ya prodüserimə zəng vuran jurnalist ilk öncə mahnılarımla, sənətimlə bağlı suallar versinlər.

Daha sonra Şəbnəm Tovuzlu son günlər mətbuatda gedən məqalələrlə bağlı açıqlama verdi:

- Bəli, yazılanlar doğrudur, etiraf edirəm. Hazırda bətnimdə körpə daşıyıram. Mən sənədlə, sübutla ailə qurmuşam. Heç kimin buna şübhəsi olmasın! ZAQS-ım var! Tezliklə övladımız olacaq. Guya o ailəlidir... Xeyr, o adamın həyat yoldaşı mənəm. Bu, bir. İkincisi, yazılır ki, guya o adamın 3 uşağı var. Bu da yalandır. Amma bizim övladımızın olacağı xəbəri doğrudur. Mən bir anayam. Mənim ilk nikahdan 13 yaşlı qızım var. Bu da ikinci nikahımdır. Xahiş edirəm, belə şeylərdən daha heç kim yazmasın. Mən hamilə qadınam, oxuyuram, əsəbiləşirəm. İndiki vəziyyətimdə mənə belə əsəb keçirmək olmaz. Mən bilirəm bu xəbərləri kim yayır. Həmin adam müğənnidir. Onu Allaha həvalə etmişəm. Paxıllıqdandır hamısı..

P.S. Xatırladaq ki, müğənni Şəbnəm Tovuzlunun 3 övlad atası olan "Hacı Rafiq" adlı biznesmendən nikahdan kənar övlad dünyaya gətirəcəyi xəbəri mətbuatda, eyni zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Həmin Hacı Rafiq ki, "Memar Əcəmi" univermağında qızıl maqazinləri və mikrorayonda xeyli maqazinləri var.

Onu da əlavə edək ki, Şəbnəmin bu hərəkəti heç də doğru qarşılanmayıb.

Hazırladı: Alim