Faiq Ağayev: "Qəti surətdə heç yerə getmək fikrim yoxdur"

Faiq Ağayev: "Qəti surətdə heç yerə getmək fikrim yoxdur"

16 Sentyabr 2016 09:44
Bəyəndim (0) Bəyənmədim (0)

"Qəti surətdə heç yerə getmək fikrim yoxdur"

Bu sözləri xalq artisti Faiq Ağayev sənətini başqa ölkədə davam etdirmək fikrində olub-olmaması haqda danışarkən deyib. O, Azərbaycanda yaşayıb-yaratmaq istədiyini bildirib:

"Mənim yaşamaq və sənətimi davam etdirmək istədiyim yeganə yer Azərbaycandır. Qəti sürətdə vətənimi tərk etmək fikrim yoxdur. Ölkəmi yalnız qısa müddətli səyahətlər üçün tərk edə bilərəm".

Qeyd edək ki, Faiq Ağayevin ölkəni tərk edəcəyi ilə bağlı şayiələr dolaşır. (axar)

Mediainfo.az