
Yolun açıq olsun, Röya! - VİDEO
Klip 20 min dollardan artıq pula hazırlanıb
Mediainfo.az xəbər verir ki, avqust ayının 16-dan etibarən Youtube-da yer alan Röya Ayxanın "Yolun açık olsun" mahnısı rekord həddə çatıb!
Sözləri və bəstəsi Emre Bayara aid olan mahnı elə türk dilindəcə ifa olunub. Klipi isə türkiyəli klipmeyker Nihad Odabaşı ərsəyə gətirib.
Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, 20 min dollardan da çox sərvətə hazırlanan klip artıq qonşu ölkənin telekanallarında yayımlanmaqdadır və hit paradlarda yüksək pillələrdə irəliləyir.
Onu da xüsusi vurğulayaq ki, Türkiyənin turizm bölgələrində səsləndirilməkdə olan "Yolun açık olsun" hər kəs tərəfindən sevilir. Bu da əlbəttə ki, bir azərbaycanlı kimi hər birimiz üçün qürurverici haldır.
Yolun açıq olsun, Röya.
Hazırladı: Könül Aypara
Digər xəbərlər