Tanınmış aktyor gənc yaşda dünyasını dəyişdi — FOTO

Tanınmış aktyor gənc yaşda dünyasını dəyişdi — FOTO

22 Avqust 2016 11:11
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin tanınmış aktyoru İsrafil Köse vəfat edib.

Son illər bir çox serial və filmlərdə rol alan məşhur aktyor İsrafil Köse dünən düşdüyü avtomobil qəzasından sonra xəstəxanada reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Azərbaycanda da kifayət qədər populyar olan "Emret Komutanım" adlı televiziya serialı ilə məşhurlaşan və sevilən aktyor dünən İstanbulda düşdüyü qəzadan sonra aparıldığı Nümunə Xəstəxanasında ilkin tibbi yardım göstərilmiş, daha sonra Qartal Dövlət Xəstəxanasına köçürülmüşdü.

Həkimlərin səylərinə baxmayaraq bu gün səhər saatlarında aktyor dünyasını dəyişib. (ölkə)

Mediainfo.az