EMİN sevgilisinin ad gününü təbrik edib

EMİN sevgilisinin ad gününü təbrik edib

8 Avqust 2016 11:51
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada yaşayan azərbaycanlı müğənni-bəstəkar, iş adamı Emin Ağalarov sevgilisi ilə yeni fotosunu paylaşıb.

Ağalarov Alena Qavrilova ilə fotosunu Instagram izləyiciləri ilə bölüşüb. Cütlüyün şəklinin altına Emin "Happy birthday" yazaraq sevgilisini ad günü münasibəti ilə təbrik edib.

Eminin yeni sevgilisi ilə fotosuna minlərlə bəyənmə gəlib. Foto izləyicilər tərəfindən geniş müzakirə olunub.

Qeyd edək ki, Alyona Qavrilova "Miss Mordoviya" gözəllik müsabiqəsinin qalibidir və model kimi fəaliyyət göstərir.

Mediainfo.az