Sərxan Kərəmoğlu İlhamənin dayısı oğlunu qınadı: "Sağlığında ildə dörd dəfə ad günü keçirib"
Xalq artisti İlhamə Quliyevanın dayısı oğlu Eldar İsmayılovun primadonna üçün keçirəcəyi doğum günü barədə açıqlaması şou-biznes əhli tərəfindən birmənalı qarşılanmayıb.
Aparıcı Sərxan Kərəmoğlu E.İsmayılovun bibisi qızının məzarı başında çəkdirdiyi fotonu paylaşıb və ürəyini belə boşaldıb:
"İlhamə xanım deyəcəm. Çox dəyərli Eldar bəy, sizə olan hörmətim sonsuzdur. Amma sizi son vaxtlar başa düşə bilmirəm. Siz öncə İlhamə xanımın baş daşında olan səhvləri düzəldin. Azərbaycan və Dağıstanın yox, Azərbaycan Respublikasının və Dağıstanın. Sonra İlhamə xanımın şəklinə baxanda diqqət etsəniz, onun şəkli primadonnaya aid şəkil deyil. İlhamə xanım sıradan biri olmadığı üçün onun layiqli bir şəkli olmalı idi. O ki qaldı keçirmək istədiyiniz gecəyə, xərclədiyiniz pullara elə həmin xərci kiməsə yardım edin, ya ehsan verin. Ya qocalar evində, ya da kimsəsizlərə. Onlar da İlhamə xanımın ruhuna rəhmət oxusunlar. Rəhmətlik sağlığında ildə dörd dəfə ad günü keçirib. Yığdıqları zinət əşyaları qaldı ortalıqda. Daha doğrusu, kimlərəsə. İndi dəvət etdikləriniz hədiyyə gətirəcək. Yoxsa nə? Mənə çox maraqlıdır. Siz onun üçün xatirə gecəsi təşkil etməliydiz, əyləncə gecəsi yox. Rəhmətlik zatən çox əylənib. İndi də siz əyləndirməyin. Vallah yazıqdır, imkan verin, rahat yatsın. O ki qaldı xeyriyyə fonduna. Bax, bu məsələyə sonra aydınlıq gətirəcəm". (publika)
Mediainfo.az.
























































.jpg)
.jpg)






.jpg)






























