"Yaprak dökümü"nün balaca aktrisası həkim olmaq istəyir

"Yaprak dökümü"nün balaca aktrisası həkim olmaq istəyir

29 İyul 2016 13:10
Bəyəndim (0) Bəyənmədim (0)

"Oxu Məni" qəzeti Türkiyə mediasına istinadən xəbər verir ki, "Yaprak Dökümü" serialında (2006-2010) evin kiçik qızı Ayşeni canlandıran aktrisa Şebnem Cecelinin hazırda 15 yaşı var.

Serialdan sonra təhsilinə üstünlük verən Ceceli ekranda onun atasını canlandıran Halil Ergünü hər bayram mütləq axtardığını deyib. Dörd nəfərlik ailənin böyük uşağı olan Şebnem 5 yaşında aktrisa Ayla Alqandan dərs alıb. Elə həmin ildə agentliklərdən birinin diqqətini çəkərək "Yaprak dökümü"nə başlayıb: "Ondan əvvəl heç bir layihədə yer almadım. Serialın uzun çəkməsi, uğuru mənim üçün böyük təcrübə idi". İlk mövsümdə 5 yaşı olduğu üçün çox şeyi yadına sala bilməyən Ş.Cecelinun unutmadığı bir şey var: "Halil Ergün və Deniz Çakır gülüş mənbəyim idilər. Onlarla bərabər olanda çox gülürdüm".

Milyonları ekran qarşısına toplayan final seriyasının qala gecəsi isə balaca qızı çox kövrəldibmiş: "Qala gecəsində çox ağladım. Aradan illər keçdi. Hər bayram Halil Ergünü axtarıram, təbrik edirəm. Hərdən Deniz Çakırla da görüşürəm".

Serial bitəndən sonra çoxlu yeni təklif alan balaca aktrisa heç birini qəbul etməyərək təhsilinə daha çox vaxt ayırıb. O, tibb fakültəsinə qəbul olunmaq istəyir: "Həkim olmaq istəyirəm. Aktrisalıq isə hər zaman etmək istədiyim bir şeydir. İkisini birgə edə bilsəm, xoşbəxt olaram. Başda Halil Ergün olaraq bütün "Yaprak Dökümü" heyəti, Hande Doğandemir və bir də Cem Yılmazla eyni layihədə yer almağı çox istərdim".

Günel