Nigar Camal sevgilisinin qohumları tərəfindən döyülməsi xəbərinə münasibət bildirdi

Nigar Camal sevgilisinin qohumları tərəfindən döyülməsi xəbərinə münasibət bildirdi

18 İyul 2016 11:32
Bəyəndim (0) Bəyənmədim (0)
“Yox, öldürüblər, sadəcə cəhənnəmdə Wi-Fi tapıb yazıram"

Nigar Camal: "Bizə düşmən lazım deyil... "

Bu günlərdə mətbuatda "Eurovision 2011" təmsilçimiz Nigar Camal və müğənni Röya Ayxanın əri Anar Cəlilovun vəhşicəsinə döyüldüyü barədə məlumatlar yayılıb.

Müğənni Nigar Camalın döyülməsi haqda 1xəbər.com saytı məlumat yayıb. Məlumata görə, Nigar Camal sevgilisinin qohumları tərəfindən döyülüb.

Belə ki, müğənni Azərbaycanın yüksək vəzifəli məmurlarından birinin Türkiyədə yaşayan oğlu ilə eşq yaşayıb. İfaçının yaxın çevrəsindən əldə olunan məlumatda bildirilir ki, Nigar Camal mütəmadi olaraq sevgilisi ilə Türkiyədə görüşüb. Sevgilisinin yüksək vəzifəli məmurun oğlu olması ona problemlər yaşadıb. 20-21 yaşlı subay övladlarının iki uşaq anası ilə görüşməsi oğlanın valideynlərini narahat edib. Valideynlər bunun qarşısını dəfələrlə almağa çalışsalar da cəhdləri boşa çıxıb. Sevgililəri ayırmaq mümkün olmayıb. Cəhdlərinin boşa çıxdığını görən valideynlər çıxış yolunu Nigar Camalı qorxutmaqda görüblər. Bundan sonra ifaçı məmurun adamları tərəfindən möhkəm döyülüb. Həyati təhlükənin reallığını dərk edən ifaçı ayrılmaq qərarını verib.

Bu günlərdə Londona səfər edən müğənni Nigar Camal sosial şəbəkədə bu məsələyə öz münasibətini bildirib. "İnstagram" səhfəsindəki izləyicilərinin "Döyülməyiniz doğrudurmu?" sualına müğənni bu cür rəy bildirib: "Yox, öldürüblər, sadəcə cəhənnəmdə Wi-Fi tapıb yazıram (gülümsəmək işarəsini qeyd edib). Əlbəttə ki, xeyr". İzləyicinin "bu cür xəbərləri yayan saytları cəzalandırmaq lazımdır" şərhinə isə müğənni "sözsüz, bizə düşmən lazım deyil" cavabını verib.

Qeyd edək ki, Nigar Camal 2005-ci ildə kiprli Haluk Camalla ailə həyatı qurub və bu izdivacdan iki qızı var. Ötən il müğənni mətbuata açıqlama verərək ərindən boşandığını bildirmişdi. (musavat)

Mediainfo.az