Mehriban Xanlarovanı intim şəkilləri ilə şantaj etdiyi deyilən müğənni Kərimi günahlandırdı

Mehriban Xanlarovanı intim şəkilləri ilə şantaj etdiyi deyilən müğənni Kərimi günahlandırdı

11 İyul 2016 13:28
Bəyəndim (0) Bəyənmədim (0)
"Burada müğənni Kərimin də barmağı var"

Akademik Milli Dram Teatrının tanınmış aktrisası, əməkdar artist Mehriban Xanlarovanın ətrafında söz-söhbət səngimək bilmir

Mətbuatın yazdığına görə, "Dünya TV"-də Xanlarova ilə birlikdə "Sirriniz qalmasın" verilişini aparan "Azər Meqastar" kimi tanınan Azər Xudiyev onu intim fotolarıyla şantaj edir.

Azər Xudiyev məsələylə bağlı açıqlama verib. Yazılanların həqiqəti əks etdirmədiyini bildirən aparıcı, atasının vəfatı səbəbindən efirə çıxmadığını söyləyib:

"Yazılanların heç bir əsası yoxdur və bununla bağlı məhkəməyə müraciət ediləcək. Məgər mən o qədər qürursuz insanam ki, həmkarımı şantaj edim? Guya bizim aramızda intim fotolar varmış. Tamamilə yalandır və bu xəbəri yayan bütün saytları məhkəməyə verəcəyəm. Atam bir neçə gündür ki, vəfat edib, ona görə də efirə çıxmıram. Mehriban xanım atamın yas mərasimində iştirak edib. Guya Dünya tv ilə əlaqə saxlayıblar və onlar da deyib ki, mən foto məsələsinə görə efirə çıxmıram. O veriliş mənimdir və Mehriban xanım qonağımdır, dəvətimlə gəlib. Heç kim məni öz verilişimdən uzaqlaşdıra bilməz.

Düşünürəm ki, bu tək saytın işi deyil. Güman edirəm ki, burada müğənni Kərimin də barmağı var. Çünki Mehriban xanım Binəqədi Məhkəməsində Kərimə qalib gəlib və min manat udub. Bəlkə onun da işi ola bilər. Əgər belədirsə, Allahı bilsin, özləri bilsin. Belə reklamı bəlkə o istəyir, amma mən istəmirəm".(ölkə.az)

Mediainfo.az