Tanınmış reper  həbs olundu

Tanınmış reper həbs olundu

27 İyun 2016 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyaca məşhur reper 50 Cent kosert zamanı həbs edilib. Karib dənizi sahilində yerləşən Sent-Kid adasında 40 min tamaşaçı önündə qeyri-etik sözlər işlətdiyinə görə reperi polislər yaxalayıb.

Hələ konsertdən öncə təşkilatçılar 50 Cent-ə on minlərlə tamaşaçı qarşısında vulqar kəlimələr işlətməyə icazə verməyib. Qoyulmuş şərtə baxmayaraq reper "PİMP" mahnısını ifa edərkən bir neçə dəfə söyüş söyüb. Deyilənə görə, 50 Cent heç bir vulqar kəlimə işlətməyib. Səslənən söyüşlər isə repin musiqisində (minusunda) olub.

Reperin təmsilçisinin sözlərinə görə, cərimə ödənildikdən sonra 50 Cent azadlığa buraxılıb. Təqsirkar özü isə növbəti dəfə Sent-Kidsə səfər edəcəyi halda bütün qeyri-etik kəlimlərə ABŞ-da qoyub gələcəyini pərəstişkarlarına çatdırıb. (ans)

Mediainfo.az