Beren Saat: "... əks təqdirdə, "Muhteşem Yüzyıl Kösem"dən ayrılacağam"

Beren Saat: "... əks təqdirdə, "Muhteşem Yüzyıl Kösem"dən ayrılacağam"

27 May 2016 13:40
Bəyəndim (0) Bəyənmədim (0)

Star TV-də yayımlanan "Muhteşem Yüzyıl Kösem"in yeni mövsüm çəkilişlərinə start verilib.

Mediainfo.az saytı "Oxu Məni" qəzetinə istinadən xəbər verir ki, serialda Kösem Sultanın oğlu 4-cü Murad obrazını canlandırmaq üçün aktyor Engin Akyüreke təklif olunub. Lakin Kösem Sultanın aktrisası Beren Saat bu təklifə etirazını bildirib.

""Fatmagülün suçu ne?" serialında ər-arvad rolunu oynamışıq. İndi Enginin anası obrazında olsam, bu inandırıcı olmayacaq", - deyən aktrisa Akyürekin seriala daxil olacağı təqdirdə "Muhteşem Yüzyıl Kösem"dən ayrılacağını bildirib. Rejissor aktrisanın fikri ilə razılaşmaq məcburiyyətində qalıb.

Günel