Azər Axşam indən belə harada axşamlayacaq?

Azər Axşam indən belə harada axşamlayacaq?

19 Avqust 2011 10:44
Bəyəndim (0) Bəyənmədim (0)
Aparıcı özü-özünü aldadıb

Ciddi verilişlərə özünəməxsus tərzdə aparıcılıq edən Azər Axşamı bir müddət öncə "Lider" tele-kanalında, ardınca isə "Atv"də görməyə alışmışdıq. Ancaq indən belə o, fəaliyyətini sırf "Xəzər" tv-də davam etdirəcək.

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Azər Axşam "SOY production" rəhbərliyi ilə ciddi söhbət aparıb. Söhbətin məğzi yenə də pul haqq-hesabı olub. Deyilənə görə, Azər məvacibinin qaldırılmasını tələb etsə də, istəyinə nail ola bilməyib. O, hətta aparıcılıq etdiyi verilişin rəhbərliyi ilə mübahisə də edib.

Məlumata görə, burada aparıcının maaşı "Atv"də olduğundan çoxdur. Amma aldığı pulun qismində iş saatı xeyli artırılıb. Əgər o, həftədə 1 dəfə Atv-də apardığı veriliş üçün ayda 800 manat məvacib alırdısa, indi həftənin 6 günü efir vaxtı üçün ayda 1000 manat alacaq.

Gülməlidir, rəqəmləri iş gününə böldükdə belə çıxır ki, Azər Axşam daha ucuz qiymətə işləməyə başlayıb. Yəni o, riyaziyyatı belə pis bilir?..

Könül Aypara

O.M.