Fəxriyyə Xələfovanın kolleksiyası “Atlant”da təqdim olunacaq

Fəxriyyə Xələfovanın kolleksiyası “Atlant”da təqdim olunacaq

19 Avqust 2011 09:00
Bəyəndim (0) Bəyənmədim (0)
Nata-one Nabranda konsert verir

Yayın bitməsinə az qalsa da, insanlar əylənməyə davam edirlər. Heç onları əyləndirən şou-biznes nümayəndələri də keflərindən qalmırlar. Necə deyərlər, həm ziyarət, həm ticarət. Götürək elə Natəvan Həbibini. İki aydır orda-burda dincəlməklə məşğul olan, eyni zamanda da yeni mahnıları üzərində işləyən Nata-one bu gün Nabranda yerləşən "Atlant" istirahət mərkəzinə yola düşməyi planlaşdırır. Rəhim Rəhimli və "Klan-A-Plan" qrupu, Fərda və Aysu-Ayandan sonra indi də N.Həbibi "Atlant"da konsert proqramı ilə çıxış edəcək. Doğrusu, bu təklif müğənniyə prodüser Tolik tərəfindən gəlib. Nata ilə iş birliyi olmasa da, onun xətrini dünyalar qədər istədiyini dönə-dönə söyləyən Tolik (Tarix Əliyev) bu konsertin də uğur gətirəcəyinə əmindir (daha doğrusu, özünün də, elə Natanın da qazanacağına güvənir).

Əldə etdiyimiz məlumata görə, əyləncə mərkəzinin giriş haqqından əlavə (10 manat) konsert proqramında iştirak etmək üçün də 10 manat ödənilməlidir. Xatırladaq ki, analoji hal Rəhim Rəhimlinin konsertində də baş vermişdi.

Yeri gəlmişkən, N.Həbibinin konsert zamanı geyimləri modelyer Fəxriyyə Xələfovanın kolleksiyasından ibarət olacaq. Artıq "Atlant"da hazırlıq işləri getməkdədir. Artıq yola çıxmış müğənni hazıra-nazir olacaq. Bu, onun qoyduğu şərtlərdən biridir.

Onsuz da hər gün "Atlant"da bir "konsert" olur...

Könül Aypara

O.M.