Gülər Əhmədova şeir yazdı, Mətanət İsgəndərli mahnısını oxudu

Gülər Əhmədova şeir yazdı, Mətanət İsgəndərli mahnısını oxudu

16 May 2016 13:01
Bəyəndim (0) Bəyənmədim (0)

Sabiq deputat Gülər Əhmədova bəstəkar Xanım İsmayılqızının musiqisini bəstələdiyi "Bayrağım" adlı mahnının sözlərini yazıb. 2012-ci ildə yazılan mahnı bu günlərdə üzə çıxıb.

G.Əhmədova sosial şəbəkədə müğənni Mətanət İsgəndərli tərəfindən səsləndirilən mahnını paylaşıb.

Xatırladaq ki, "Bayrağım"ın yazıldığı 2012-ci ildə X.İsmayılqızı mediaya açıqlamasında demişdi ki, mahnı olduqca uğurlu alınıb: "Mahnı hər bir azərbaycanlı üçün müqəddəs sayılan milli bayrağımıza həsr olunub. Bəstədə demək olar ki, bir çox vətənpərvər mövzulara toxunulub. Çağırış üslubunda olan mahnının sözləri insanda fəxr hissi yaradır".

Mahnının o zaman əməkdar artist Mətanət İsgəndərliyə təqdim olunduğu deyilmişdi. Hətta müğənninin bu mahnıya klip çəkdirəcəyi də nəzərdə tutulmuşdu. Qeyd edək ki, "Bayrağım" mahnısından əlavə bəstəkar sözləri deputat G.Əhmədovaya məxsus başqa bir mahnı da bəstələyib. Bu mahnının isə xalq artisti Flora Kərimova tərəfindən ifa ediləcəyi gözlənilirdi.

G.Əhmədova dedi ki, "Bayrağım" onun vətənə olan hisslərini ifadə edir: "Mən hər zaman inanmışam ki, bir gun Azərbaycan bayrağı Zəngəzurda dalğalanacaq. Şəhidlərə borcumuz var. Hamılıqla. İndi əlimdən bu gəlir. Yeni bir şeirim də var - "İgid əsgər". Şəhidlərin nə özləri, nə də balalarının şəkilləri gözümdən getmir".

"Bayrağım" şeirinin iki bəndini təqdim edirik:

Nə xoşbəxtəm, torpaq üçün ölsəm şərəfdir

Anamın da göz yaşları yandırsa qəlbi

Bayraq tutan əllərimi tutsun dost əli

İki gözüm, qanım-canım, mənim bayrağım....

Biz övladıq, qurban olsun vətənə canım

Bir nərəyə düşmənlərin yararıq bağrın

Salam göndərək Zəngəzura, Qarabağa

Çox keçməz ki, sevindirrik şəhid ruhların

Şəhidlərin qanı axdı, ondan rəng aldın

Anaların ahı qalxdı, ondan rəng aldı

Allah deyən sərkərdələr nərə çəkdilər

Nəfəsindən, imanından, ondan rəng aldı. (musavat)

Mediainfo.az