İlhamənin həbsə saldırdığı köməkçisinin həbs müddəti uzadıldı - 3 ay daha

İlhamənin həbsə saldırdığı köməkçisinin həbs müddəti uzadıldı - 3 ay daha

13 May 2016 13:07
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Səbael rayon Məhkəməsində xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın həbs müddətinin uzadılması ilə bağlı prokurorluğun təqdimatına baxılıb.

Məhkəmə həbs qətimkan tədbirinin 3 ay artırılması barədə qərar qəbul edib.

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180-ci (soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

Mediainfo.az