
Ali kapitanın yeni evi olacaq
İkinci sezonda serial yeni evinə köçəcək
"Kanal D"nin baş rollarını Erkan Petekkaya, Ayça Bingöl, Mete Horozoğlu, Wilma Elles ve Yıldız Çağrı Atiksoyun paylaşdığı "Öyle bir geçer zaman ki" yeni mövsümdən etibarən yeni evə köçəcək. Serialı çəkən şirkət layihə üçün Beykozdakı köhnə fabrikdə inşaata başlayıb. Evlərin, yolların, səkilərin, dalanların tikilişini sentyabr ayına kimi bitirmək üçün onlarca insan gecə-gündüz işləyir.
Xatırladaq ki, ilk sezonunda "Öyle bir geçer zaman ki" üçün Unkapanında bir çox evdə bərpa işləri aparılmış, səkilər qurulmuş, digər evlər rənglənmişdi.
Günel Həbib
O.M.
Digər xəbərlər