Aktyor 9-cu dəfə ata oldu
Aktyor Eddi Merfi və model Peyc Batçerin qızları dünyaya gəlib.
Mediainfo.az saytı "Oxu Məni" qəzetinə istinadən xəbər verir ki, Los-Ancelesdə anadan olan körpəyə İzzi Una adı verilib. Aktyor ana və uşağın vəziyyətinin yaxşı olduğunu deyib. Qeyd edək ki, bu, 36 yaşlı Peycin ilk, 55 yaşlı Eddinin isə 9-cu uşağıdır. Hollivud ulduzunun keçmiş sevgililərindən iki oğlu (Erik və Kristian), Nikol Mitçellə evliliyindən isə 5 uşağı (Bri, Mayls, Şeyn, Zola, Bella) var. Onun Melani Braundan da Encel Ayris adlı qızı dünyaya gəlib. Lakin Eddi hələ atalıq testi etmədiyi üçün onu övladı kimi tanımır.
Günel
Digər xəbərlər

































.jpg)
















































.jpg)
.jpg)










