Tarkanın toyundan ilk görüntü- FOTO

Tarkanın toyundan ilk görüntü- FOTO

7 May 2016 10:55
Bəyəndim (0) Bəyənmədim (0)

Meqastar Tarkanla 5 illik tanışı, daha doğrusu, fanatı olan Pınar Dileyin nəhayət ki, toy mərasimi baş tutub. Mərasim Almaniyanın Köln şəhərində gerçəkləşib. Toya ailə üzvləri və hər iki tərəfin yaxınları dəvət edilib.

Mediainfo.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, cütlük mediaya yaxalanmamaq üçün özəl təyyarə ilə Almaniyaya uçublar.

Xatırladaq ki, aprelin 29-da Tarkan və Dilek rəsmi qaydada evləniblər. Gəlinin ailə üzvlərinin, həmçinin qohum-əqrabalarının Almaniyada yaşadıqlarını nəzərə alan Tarkan toy mərasimini də xaricdə gerçəkləşdirməyi qərara alıb.

Xoşbəxt olsunlar!

Banu Qocaman