Azərbaycanlı müğənni ölümcül yol qəzasında ittiham olunur

Azərbaycanlı müğənni ölümcül yol qəzasında ittiham olunur

28 Aprel 2016 12:38
Bəyəndim (0) Bəyənmədim (0)

24 yaşlı Azərbaycan vətəndaşı Elbrus Canmirzəyev ehtiyatsızlıqdan insan ölümünə səbəb olan yol hərəkəti qaydalarının pozulmasında ittiham olunur.

Müğənni olan E.Canmirzəyeva qarşı cinayət işi Rusiyanın Krasnodar vilayətinin prokurorluğu tərəfindən məhkəməyə göndərilib.

Qəza ötən il dekabr ayının sonlarında Armavir yaxınlığındakı trasda baş verib. Sürücülük vəsiqəsi olmayan müğənni "Lexus" markalı avtomobillə qaranlıq vaxtı eyni istiqamətdə qarşıda hərəkət edən "Skaniya" yük maşınına çırpılıb. Qəza nəticəsində müğənninin 34 yaşlı prodüseri Kamran Əmirov həyatını itirib. (report)

Mediainfo.az