Dünya şöhrətli müğənni Prins (Prince) 57 yaşında Minesotadakı evində dünyasını dəyişib. Onun ölümünün səbəbi hüquq mühafizə orqanları tərəfindən araşdırılır. Məhkəmə tibbi ekspertizanın rəyindən sonra ulduzun ölümünün səbəbi bəlli olacaq.
Doğmalarının açıqlamalarına görə, Prins qəfil ürək tutmasından keçinib. Amma gəzən şayiələrə görə, o da həmkarları Maykl Cekson, Uitnu Hyuston kimi narkotikin qurbanı olub.
Xatırladaq ki, Prins mahnılarıyla 1980-ci illərin pop ulduzuna çevrilmişdi. "Purple Rain", "Sign O’ The Times" kimi sinqllarıyla məşhurdur. Prins albomları ilə dünya üzrə 100 milyon satış rəqəmini ötmüş sayılı sənətçilərdən olub.
Günel









































.jpg)
.jpg)
.jpg)





















.jpg)





.jpg)
.jpg)
.jpg)




















