Jenifer Lopes rəqqas sevgilisi ilə ailə qurmağa hazırlaşır
Məşhur amerikalı müğənni və aktrisa Cennifer Lopes yenidən ailə qurmaq niyyətindədir.
Mediainfo.az "Oxu Məni" qəzetinə istinadən bildirir ki, 46 yaşlı "Cey Lo" W Magazine-ə verdiyi müsahibəsində bu iddianı təsdiqləyib. Müğənni və bəstəkar Mark Entonidən boşanandan sonra o, uzun müddət tək qalmayıb. C.Lopes sevgilisi, rəqqas Kasper Smartla ailə qurmağa hazırlaşır. "Entoni ilə nikahın dağılmaması üçün 7 il çalışdım. Halbuki lap əvvəldən bilirdim ki, bu nikah səhvdir. Ailəmin dağılması ilə hələ də barışa bilmirəm. Mark uşaqlarımın atasıdır və bunu dəyişmək mümkün deyil", - Cennifer Lopes söyləyib.
Onun dediyinə görə, Kasper Smart bir kişi kimiMark Entonidən üstündür: "Müğənnilər və musiqiçilər yataqda rəqqaslar kimi yaxşı deyillər. Kasperlə bir ara ayrılmışdıq, indi yenə görüşürük. Yenidən ailə qurmağı arzulayıram".
Günel












































































.jpg)
.jpg)
.jpg)















