Kirkorov MUZ TV-nin mükafatından imtina etdi

Kirkorov MUZ TV-nin mükafatından imtina etdi

15 Aprel 2016 21:53
Bəyəndim (0) Bəyənmədim (0)
"Mənə lazım deyil"

Müğənni Filipp Kirkorov gənc müğənnilərlə yarışmaq istəmədiyi üçün "MUZ TV"nin mükafatlarından imtina edib. Mediainfo.az saytı "Oxu Məni" qəzetinə istinadən xəbər verir ki, bu haqda nüfuzlu mükafatın təşkilatçısı deyib. O, qeyd edib ki, Kirkorov rəsmi şəkildə mükafatdan imtina edib:

"Biz onun fikrinə hörmət edirik. Qonaq kimi gözləyirik onu". Kirkorov isə hələ keçən il "Ən yaxşı ifaçı" nominasiyasından imtina etdiyini xatırladıb: "Ötən il təşkilatçılardan xahiş etdim ki, məni daha nominantlar sırasına yazmasınlar. Mənim üçün burada iştirak etmək artıq düzgün deyil. Orada məmnuniyyətlə qonaq kimi iştirak edərəm, amma nominant kimi yox. Bu il bildim ki, yenidən adımı yazıblar. Ona görə yadlarına saldım. Başqasının yerini niyə tutum? Bu, mənə lazım deyil və maraqsızdır".

Günel