Reşat Kəsəmənliyə sevinc dolu anlar yaşadan səbəb

Reşat Kəsəmənliyə sevinc dolu anlar yaşadan səbəb

18 Avqust 2011 19:25
Bəyəndim (0) Bəyənmədim (0)
Reşat həm yeni kitabının buraxılışını, həm də balaca qızı Zəhranın 1 yaşını qeyd edib

Ötən həftə şou-biznes aləmində yaddaqalan hadisələrdən biri də məhəbbət şairimiz, unudulmaz Nüsrət Kəsəmənlinin ailəsində baş vermiş olay oldu. Belə ki, şairin oğlu Reşat həm yeni şeirlərindən ibarət kitabının buraxılışını, həm də balaca qızı Zəhranın 1 yaşını qeyd edib. Məclis "Ceyhun" restoranında baş tutub. Həyat yoldaşı Əfqanə ilə /xatırladım ki, Əfqanə Səhər illərdir əməkdaşımız olub/ bərabər son dərəcə xoşbəxt görünən Reşat hər bir qonağına diqqət ayırıb.

Məclis toy mərasimində olduğu kimi, Kəsəmənlilər ailəsinin yaxını olan Elxan Şirinova həvalə edilib. Qonaqlar arasında bir sıra sənət nümayəndələri də iştirak edib. R.Kəsəmənliyə gələcəyi haqda dönə-dönə söz verən Rəqsanə isə nədənsə gözə dəyməyib.

Əlavə edim ki, Reşatın çəkildiyi "Küləklər şəhəri" serialının əməkdaşları da onu bu şad gündə tək qoymayıblar. Bir sözlə, qonaqlar gecə saat 03.00 radələrinə kimi əylənərək, şad-xürrəm məclisdən ayrılıblar.

"Oxu Məni" kollektivi olaraq Reşat və iş yoldaşımız olan Əfqanəyə gözaydınlığı verib, hər ikisini səmimi qəlbdən təbrik edirik! Allah-Təala balaca Zəhranı xoşbəxt etsin. Amin!

Könül Aypara

O.M.