"Karib dənizin quldurları"nda "Beatles" qrupunun üzvü çəkiləcək

"Karib dənizin quldurları"nda "Beatles" qrupunun üzvü çəkiləcək

1 Aprel 2016 17:56
Bəyəndim (0) Bəyənmədim (0)

Əfsanəvi "Beatles" qrupunun üzvü Paul Makkartni "Karib dənizin quldurları: Ölülər nağıl danışmır" ("Pirates of the Caribbean: Dead Men Tell No Tales") filminin növbəti hissəsində çəkilmək üçün dəvət alıb.

"Oxu Məni" qəzetinin "The Guardian"a istinadən məlumatına görə, o, filmdə rol alacaq ikinci musiqiçi olacaq. Ondan əvvəl Keit Riçards 2007-ci ildə Conni Depin canlandırdığı "Sərçə Çek"in atası obrazını canlandırmışdı.

Paul Makkartinin filmdə hansı obrazı canlandıracağı hələ ki bəlli deyil. Çox güman ki, artıq hazır olan filmin müğənni ilə olan səhnələr ayrıca çəkilərək əlavə ediləcək.

Norveçli rejissorlar Joachim Renninq və Espen Sandberqin çəkdiyi filmdə Cofri Ruş və Orlanda Blum da rol alıb. Conni Deppin 5-ci dəfə yer aldığı "Karib dənizinin quldurları" gələn il təqdim olunacaq. Prodüser Cerri Brukhaymer filmdən ilk fotonu Tvitterdə paylaşıb.

Günel

Mediainfo.az