Serialların Sultan Süleymanı açıqlama verdi
Sonuncu dəfə "Möhtəşəm yüz il" serialıyla tamaşaçıların qarşısına çıxan aktyor Halit Ərgənç yeni bir layihədə yer alacağı ilə bağlı xəbərlərə aydınlıq gətirib.
Mediainfo.az saytı "Oxu Məni" qəzetinə istinadən xəbər verir ki, aktyorun "Vətən xaini" serialında çəkiləcəyi iddia olunurdu. Halitin hətta ekran işində çəkilmək üçün rejissorların Yağmur və Durul Taylan bacılarının olmasını şərt kimi isrəli sürdüyü də deyilirdi. H.Ərgənç isə bu iddiaların yalan olduğunu bildirib: "Hələ ki dəqiqləşmiş bir layihə yoxdur. Belə bir şey olsaydı, müqaviləni imzaladığımı söyləyərdim. Bundan başqa, hər hansı layihədə yer almaq üçün qeyd edilən şərtlərim ola bilməz".
Günel
Digər xəbərlər