
Ajda Pekkan "Coca-Cola"dan 1 milyon manat aldı
"Coca Cola" şirkəti Ajda Pekkana reklama çəkilmək üçün 2 milyon lirə (təxminən 1 milyon manat) pul təklif edib.
Mediainfo.az saytı "Oxu Məni" qəzetinə istinadən xəbər verir ki, daha əvvəl firmanın reklamında müğənni Özcan Dənizlə Sıla çəkilmişdilər. Təxminən bir aydır Ajdanı yeni reklamda çəkilməyə razı salmağa çalışan şirkət rəsmiləri nəhayət "hə" cavabını alıblar. Xatırladaq ki, Özcan Dəniz daha əvvəlki reklamdan 1,5 milyon, Sıla isə 700 min lirə almışdı.
Günel
Digər xəbərlər