İbrahim Tatlıses "övlad" adlandırdığı Rza Zerrabla bağlı niyə danışmır? ÖZƏL
Hər zaman, "mən hər adama "övladım" demərəm!" – deyən İbrahim Tatlıses Rza Zerrabın həbsinə nədənsə sakit qalıb. Xatırladaq ki, İbonun "övladımdır" deyə təqdim etdikləri şəxslərdən biri də Rza olub.
Mediainfo.az xəbər verir ki, bir vaxtlar ixracaat üzrə sıralamada 13-cü yeri zəbt etmiş R.Zerrabın uğuruna sevinən İ.Tatlıses bu barədə sosial şəbəkədə status paylaşmağı unutmamışdı:
"Gördünüzmü? Mən kimsəyə boş-boşuna "övlad" demirəm. Rzaya demişəm, doğrudur. Sənin ixracaatdakı uğurunu təbrik edirəm və gözlərindən öpürəm. Məni məyus etmədin, övlad".
Xatırladaq ki. hazırda azərbaycanlı milyarder Rza Zerrab Mayamidə həbsdədir və haqqında 75 illik cəza tətbiq edilməyi irəli sürülür.
Zerrabla arvadı Ebru Gündeşin ailəvi dostluq işlətdiyi İbrahim Tatlıses isə bütün Türkiyənin dilində olan bu mövzu ilə bağlı hələ ki, heç bir status paylaşmayıb. Baxmayaraq ki, İmperator sosial şəbəkələrin ən fəal üzvlərindəndir.
Banu Qocaman