Demet Akalın Beratcanın ölümünə səssiz qala bilmədi

Demet Akalın Beratcanın ölümünə səssiz qala bilmədi

31 Mart 2016 14:15
Bəyəndim (0) Bəyənmədim (0)

Mediainfo.az xəbər verir ki, Türkiyəni sarsıdan 10 yaşlı Beratcanın ölümünün sirləri bəlli olub. Oxuduğu məktəbin sürücüsü ilə 6 ildir eşq yaşayan ana da oğlunun ölümündə təqsirkar hesab olunduğu üçün yaxalanıb.

Bu hadisə böyükdən-kiçiyə kimi hər kəsin əsəblərini tarıma çəkib. Hətta şou-biznes nümayəndələri də sosial şəbəkələrdə Beratcanın anasını lənətləyiblər. Ailəli bir qadının yasaq sevgisi uğrunda övladını ölümə atması Demet Akalını möhkəm əsəbiləşdirib. O, sürücünün anasını utandırmaq istəyib:

"Beratcanın qatilinin anası, "oğlumun günahı yoxdur" – deyir. Ay xala, sonra, "niyə daşlayırlar?" – deyirsən. Bu fikirli ağıla ayıb olsun. Gedən getdi... Körpə uşağa heyif oldu..."

Banu Qocaman