Niran Ünsal 2 illik həbs cəzası ala bilər

Niran Ünsal 2 illik həbs cəzası ala bilər

29 Mart 2016 13:02
Bəyəndim (0) Bəyənmədim (0)

Mediainfo.az xəbər verir ki, Türkiyənin tanınmış müğənnilərindən olan Niran Ünsalın Tvitter səhifəsində yazdığı "Duyqu Çetinkaya 2014-ıü ildə polisin keçirdiyi əxlaqsızlıq əməliyyatı zamanı yaxalanıb" statusu başına bəla olub.

Belə ki, əks tərəf - aktrisa Duyqu Çetinkaya haqqında yazılanlara görə məhkəməyə müraciət edib. Hökmə əsasən, müğənni xanımı 2 illik həbs cəzası gözləyir.

Amma N.Ünsal özünü heç də təqsirkar bilmir. O, ifadəsində bildirib ki, verilişdə iştirak etmək üçün telefonunu menecerinə verib. Bu zaman ərzində meneceri onun səhifəsində Duyqu Çetinkaya haqqında xoşagəlməz fikirlər yazıb.

Buna baxmayaraq, məhkəmə yenə də müğənnini günahkar hesab edir. Proses gələn həftəyə kimi təxirə salınıb.

Banu Qocaman