Elzanın kitabı çıxır - FOTO

Elzanın kitabı çıxır - FOTO

29 Mart 2016 11:41
Bəyəndim (0) Bəyənmədim (0)
İki əcnəbi dildə tərcümə olunacaq

Bəstəkar - müğənni Elza Seyidcahanın şeirlərindən ibarət kitabı artıq hazırdır. Kitabın üz qabığının şəkli isə gənc rəssam tərəfindən çəkilib. Bu barədə əməkdar artist musavat.com-a açıqlamasında bildirib:

"Həmin gənc rəssam Rəssamlıq Akademiyasının tələbəsi Elnur Şirinovdur. İlk şeir kitabım "Mən dəlinin rəssamı" adlanır və bildiyiniz kimi belə bir əsərim də var. Həmin şeiri Allahı nəzərdə tutub yazmışam. Allah mənə istedadlı rəssamını da yolladı. Görürsünüz, bütün təsadüflərin zərurətləri var".

Qeyd edək ki, Elza Seyidcahanın şeirləri rus və ingilis dilinə də tərcümə edilib. Beləliklə əməkdar artistin "Mən dəlinin rəssamı" adlı kitabı üç dildə işıq üzü görəcək.

Mediainfo.az