Rza Zerrabın məhkəməsi aprelin 4-də başlayır

Rza Zerrabın məhkəməsi aprelin 4-də başlayır

28 Mart 2016 14:13
Bəyəndim (0) Bəyənmədim (0)
"Məhkəmə lehimə qərar verəcək"

Mediainfo.az xəbər verir ki, ünlü sənətçi Ebru Gündeş həyat yoldaşı Rza Zerrabla görüşmək üçün Mayamiyə yollanıb. 75 illik həbs cəzasına məhkum edilməsi ilə üz-üzə qalan azərbaycanlı iş adamı Rza, "qızımı gətirmə. Boş yerə təəssüf hissi keçirməsin. Məhkəmə lehimə qərar verəcək və biz birlikdə vətənə qayıdacağıq", - deyib.

Əlavə edək ki, E.Gündeş hadisə ilə əlaqədar 3 həftə Mayamidə qalacaq. Məhkəmə aprel ayının 4-də başlayacaq.

Xatırlatma verək ki, iş adamı Rza Zerrab çirkli pulların dövriyyəsi, banklara qarşı dələduzluq, saxtakarlıq maddələrinə görə Amerikanın hava limanındaca həbs olunub (bu, iş adamının ikinci həbsdiri).

Əlləri qandallanarkən yanında ailəsi – həyat yoldaşı Ebru Gündeş və 5 yaşlı qızı Alara da olub.

Baş verənlərdən sarsılan müğənni xanım dərhal Türkiyəyə qayıdıb. Qızını doğmalarına əmanət etdikdən sonra, "Rza məni yanında görmək istəyəcək", deyərək geri qayıdıb.

Banu Qocaman